Moderator.az-a xəbər verir ki, Kürdəxanı qəsəbə sakinləri və bir qrup sürücü redaksiyamıza müraciət edərək bildiriblər ki, qəsəbənin əsas küçəsində işıq dirəklərindəki lampalar yanmır. Bu isə prospektə tez ”“ tez qəzaların baş verməsinə səbəb olur. Həm sürücülər, həm də piyadalar görmə məsafəsinin məhdudlaşdığı axşam saatlarında ciddi problemlərlə üzləşir, həyati təhlükə altında hərəkət etməli olurlar.
Ümidvarıq
ki, əlaqədar qurumlar vətəndaşların məlum müraciətindən sonra problemin aradanq
aldırılması istiqamətində təcili tədbirlər həyata keçirəcək. .
Əməkdaşımızın
adı çəkilən şossedən çəkdiyi fotoları təqdim edirik.
Vasif
Əlihüseyn
































































































