Şuşanın təbiəti füsunkardır - Fransalı jurnalist - FOTO

Şuşanın təbiəti füsunkardır - Fransalı jurnalist - FOTO

Hazırda oxunan: Şuşanın təbiəti füsunkardır - Fransalı jurnalist - FOTO

137165

“Şuşa çox füsunkar şəhərdir. Təəssüf ki, bu şəhər Avropada və Fransada çox tanınmır. Şuşada dağıntıları görmək mümkündür. Azərbaycan işğaldan azad edilmiş əraziləri böyük vəsait hesabına sürətlə abadlaşdırır. Şuşanın təbiəti füsunkardır. Bu gözəlliyi, əsrarəngizliyi görəndən sonra anlayıram ki, burada yaşayan insanlar arasından çıxmış yazıçı, heykəltəraş və musiqi sahəsində uğur əldə etmiş azərbaycanlılar bu təbiətdən ilham alıblar”.

Bizim.Media xəbər verir ki, bunu Fransada yayımlanan “Danser” jurnalının baş redaktoru Miçel Odin mayın 21-də Şuşa ilə şəhəri ilə tanışlıq zamanı AZƏRTAC-a açıqlamasında söyləyib.

Şuşada görkəmli opera müğənnisi Bülbülün ev-muzeyi ilə tanış olduğunu vurğulayan M.Odin bildirib ki, Bülbül məhz təbiətin əsrarəngiz gözəlliyindən və quşların səsindən ilham alaraq milli incəsənətin inkişafında böyük iz qoyub.
Qeyd edək ki, “Danser” jurnalı 1984-cü ildən etibarən Fransada yayımlanır. Jurnal rəqqaslar və balet həvəskarları üçün nəzərdə tutulub.

Jurnalda hər ay rəqqaslar və xoreoqraflarla müsahibələr, rəqs məktəblərinin həyatı, müsabiqələrin nəticələri, rəqs haqqında kitablar barədə məlumatlar dərc olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO