Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ilin birinci yarısı üçün iş planına əsasən Nazirliyin strukturunda olan müəssisələrin rəsmi internet resurslarının təhlilinin aparılmasına, bu sahəyə diqqətin daha da artırılmasına, regionlarda elektron vəsaitlərdən istifadəyə marağın yüksəldilməsinə əlavə stimul verməsi məqsədilə tabe müəssisələr arasında “Ən yaxşı sayt”x9d və “Sosial şəbəkələrdə ən yaxşı səhifə”x9d nominasiyaları üzrə müsabiqə keçiriləcək.
Moderator.az xəbər verir ki, Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələdə bütün göndərilən məlumatlar toplanacaq və iştirakçılar arasından namizədlər təyin olunacaq.
İkinci mərhələdə münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunaraq mükafat və diplom ilə təltif ediləcəkdir.
Hər iki nominassiyada birinci yerin qalibi 1000, ikinci yerin sahibi 800, üçüncü yerə layiq görülən iştirakçı isə 500 manat məbləğində pul mükafatı alacaq.
Elmin Nuri





























































































