Ali təhsil müəssisələrinə qəbul imtahanı başladı

Ali təhsil müəssisələrinə qəbul imtahanı başladı

Hazırda oxunan: Ali təhsil müəssisələrinə qəbul imtahanı başladı

137113

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir. Bu gün III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçirilir.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib. 

Bildirilib ki, imtahan saat 11:00-da başlayıb. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda 116 imtahan binası, 2096 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 116 ümumi imtahan rəhbəri, 342 imtahan rəhbəri, 2623 nəzarətçi–müəllim, 354 buraxılış rejimi əməkdaşı, 116 bina nümayəndəsi cəlb edilib.

İmtahanda 28 min 344 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 25749 nəfər Azərbaycan, 2595 nəfər isə rus bölməsinin məzunudur.

İmtahan verənlərin 15564 nəfəri oğlan, 12780 nəfəri isə qızdır. 24356 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3441 nəfər əvvəlki illərin məzunudur.

13 nəfər ali təhsil müəssisələrinin, 534 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 127 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1970-ci ildən, ən gənci isə 2008-ci ildəndir.
İmtahanda 30 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO