Şagirdlər yeni tədris ilində köhnə formaları geyinə bilərmi? - VİDEO

Şagirdlər yeni tədris ilində köhnə formaları geyinə bilərmi? - VİDEO

Hazırda oxunan: Şagirdlər yeni tədris ilində köhnə formaları geyinə bilərmi? - VİDEO

137103

Yeni tədris ilindən məktəbli formaları da yenilənir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Xəzər televiziyası reportaj hazırlayıb.

Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov qeyd edib ki, 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq.  Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala start verilib.
Etibar Əzimovun sözlərinə görə, ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Nazirlər kabinetinin qərarına əsasən də bir rəngdən 3 il müddətinə istifadə etmək mümkün olacaq.

Ən maraqlı məqam isə budur ki, görəsən yeni məktəbli formalarının qiyməti də yenilənəcək yoxsa öncəki qiymətlə satılacaq?

Məktəbli geyimləri ilə bağlı Elm və Təhsil nazirliyinə də müraciət edilib. Nazirlikdən bildirdilər ki, ötən il məktəbli forması alanlar yeni tədris ilində də həmin geyimlərdən istifadə edə bilərlər.

Yəni 3 il müddətinə həmin formalardan istifadə ilə bağlı hansısa məhdudiyyət olmayacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO