II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil edilir.
Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 206 imtahan binası, 3738 imtahan zalı ayrılıb.
MÖVZU İLƏ BAĞLI:
Bu gün DİM ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir
İmtahanların idarə olunmasına 206 ümumi imtahan rəhbəri, 609 imtahan rəhbəri, 4673 nəzarətçi–müəllim, 635 buraxılış rejimi əməkdaşı, 206 bina nümayəndəsi cəlb edilib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi mayın 21-də II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.
Bizim.Media