Mövsümlə əlaqədar olaraq bazarlarda Xəzər dənizinin Azərbaycana aid hissəsindən ovlanan balıqların satışı azalıb. Piştaxtalarda əsasən xaricdən gətirilən balıqlara rast gəlinir.
Bizim.Media xəbər verir ki, hazırda ölkə ərazisindəki bütün su hövzələrində balıq ovu qadağan olunsa da, balıq həvəskarlarını ilin bütün fəsillərində bu dəniz məhsulu ilə təmin edənlər var. Söhbət qapalı balıqçılıq təsərrüfatlarından gedir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Arzu Səmədovanın sözlərinə görə, şəxsi təsərrüfatlarda açıq və ya qapalı hovuz şəraitində balıq yetişdirilməsi qadağan edilmir.
O əlavə edib ki, qadağa Xəzər dənizi, onunla əlaqəsi olan çaylar və su anbarları, eyni zamanda Xəzər və ona tökülən çaylarla əlaqəsi olan kanallara aiddir.
Qeyd edək ki, balıqların kürütökmə dövrü olduğundan 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib və bu qadağa sentyabrın 1-dək davam edəcək.
Ətraflı videomaterialda:
- A-
- A
- A+
Cəmiyyət
19:40 / 20.05.2023
Balıqlara qadağa mövsümündə burada ov edə bilərsiniz - VİDEO
Hazırda oxunan: Balıqlara qadağa mövsümündə burada ov edə bilərsiniz - VİDEO
Hazırda oxunan: Balıqlara qadağa mövsümündə burada ov edə bilərsiniz - VİDEO
137055
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.