Bakıda 50 yaş və yuxarı olan pedoqoji və texniki heyətin vaksinasiya porsesinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Peyvənd olunmaq istəməyən müəllimləri nə gözləyir?
Bildirilib ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq təşkil edilmiş vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində həyata keçirilir.
Məntəqələrin hər birində 1 saatda 20 nəfərin, gün ərzində isə 120 nəfərə qədər şəxsin vaksin olunması nəzərdə tutulur.
Bu minvalla gün ərzində ümumilikdə 1200-dən bir az artıq şəxsin vaksinasiyası nəzərdə tutulur. Həmin kateqoriya şəxslər vaksin olunan qədər proses davam edəcək.
Qeyd edək ki, Bakı şəhəri üzrə 20 minə yaxın 50 və 50 yaşdan yuxarı təhsil işçisi və texniki heyət vaksinasiyası nəzərdə tutulub.
Bizim.Media