Türkiyənin Gəncədəki Baş konsulu seçkilərin II turu ilə bağlı DANIŞDI  

Türkiyənin Gəncədəki Baş konsulu seçkilərin II turu ilə bağlı DANIŞDI  

Hazırda oxunan: Türkiyənin Gəncədəki Baş konsulu seçkilərin II turu ilə bağlı DANIŞDI  

137011

“Bu gündən etibarən Türkiyədə Prezident və Böyük Millət vəkilliyi üçün təkrar səsvermə ölkə xaricində başlayıb. Bildiyiniz kimi, birinci turda qalib müəyyənləşmədi. Bunun üçün namizədlərdən biri 50% səddi keçməli idi. Bu olmadığından indi ikinci tur üçün səsvermə artıq start götürüb. Türkiyədə olduğu kimi ölkə xaricində də 3 gün müddətində təkrar səsvermələr keçiriləcək. Səhər 8:00-dan axşam 22:00 dək vətəndaşlarımızla konsulluqda tam sərbəst və demokratik şəraitdə öz iradələri ilə seçimlərini edə biləcəklər”. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu açıqlamanı Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop verib. 

Onun sözlərinə görə, birinci turda Azərbaycanda yaşayan və çalışan vətəndaşlarımızın 70 faizindən çoxu öz seçici hüququndan istifadə etdi və səs verib. 

“Bildiyiniz kimi, Azərbaycan üzrə 11 minə yaxın vətəndaşımız səsvermə haqqına sahibdir. Bakıda 9, Naxçıvanda 3 və Gəncədə 3 olmaqla, ümumilikde 15 seçki qutusu qurulub. Təkrar seçkilərdə də birinci turdakı kimi vətəndaşlarımızın aktiv olacağına ümid edirik. Artıq səhər 8:00-dan seçki başlayandan böyük insan növbəsi onu göstərir ki, təkrar seçkilərdə də aktivlik böyük olacaq”, - deyə konsul əlavə edib. 

Məlumat üçün bildirək ki, seçkilərin birinci turunda Türkiyənin Gəncədəki konsulluğunda 1394 nəfər səs vermişdi. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO