Xəbər verildiyi kimi, Sumqayıtda müəllimin uşaqları qamçı ilə döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Videogörüntüdə müəllimin şagirdləri qamçı ilə döydüyü əks olunur.
Paylaşılan görüntülərin Sumqayıtda "Xəmsə" tədris müəssisəsində lentə alındığı bildirilir.
Bizim.Media Xəmsə Tədris Mərkəzinin Sumqayıt filialı ilə əlaqə yaradıb. Filalın müdir əvəzi Amaliya Əliyeva faktı təsdiqləsə də, görüntülərin pandemiya dövründə çəkildiyini bildirib:
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda müəllim uşaqları qamçı ilə döydü - ANBAAN VİDEO
“O müəllim bizim tədris mərkəzinin müəllimi deyil. Ona otaq icarəyə vermişdik və burada riyaziyyat fənnini tədrsi edirdi. Onun dərsi bitib və gedib. Bu gün isə artıq onu buradan kənarlaşdırdıq. Yəni gələn ildən ona otaq verilməyəcək.
Onu da deyim ki, döyülmə faktı pandemiya vaxtı olub. Sadəcə şagirdlər görüntüləri indi yayıblar.
Bizim də məsələdən bu gün xəbərimiz olub. Ümumiyyətlə həmin müəllimin də valideyn kontingentindən məlumatımız olmayıb.
Döyülən şagirdin valideynindən də bizə şikayət daxil olmayıb. Hadisədən xəbər tutan kimi Elşad müəllimi çağırıb, növbəti ildən ona otaq verməyəcəyimizi bildirdik”.
Alçina Amilqızı, Bizim.Media