Günnüt əməliyyatından beş il keçir. Günnüt əməliyyatı Ali Baş Komandanın tapşırığına əsasən icra edilib.
Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun 2018-cı il mayın 20-dən 27-nə qədər keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib.
Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi düşməndən azad edilərək dövlət sərhəddi boyunca əlverişli hədlər ələ keçirilib.
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Adil Tatarov şəhid olub.
Daha ətraflı videoda:
Bizim.Media