Cəlilabadda çiyələk festivalı keçirilir – FOTO  

Cəlilabadda çiyələk festivalı keçirilir – FOTO  

Hazırda oxunan: Cəlilabadda çiyələk festivalı keçirilir – FOTO  

136981

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabad rayonunda növbəti çiyələk festivalı keçirilir. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, festival Cəlilabad şəhəri Heydər Əliyev Seyrəngahında start götürüb. 

Festivalda rayonda istehsal və ixrac edilən çiyələk sortları nümayiş olunur.

Eyni zamanda tədbirdə kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və regionun tanınmış restoranları ilə tanışlıq, yerli yeməklərin dadına baxma, əyləncə proqramı, aşbazların ustad dərsləri və ənənə halına çevrilən çiyələk məhsulları təqdim edilir. Daha sonra konsert proqramı təqdim olunacaq. Festival axşam saatlarına qədər davam edəcək. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO