İslam aliminin vəsiyyəti ilə tikilən məktəbin 115 illik fəaliyyəti QEYD OLUNUB - FOTO

İslam aliminin vəsiyyəti ilə tikilən məktəbin 115 illik fəaliyyəti QEYD OLUNUB - FOTO

Hazırda oxunan: İslam aliminin vəsiyyəti ilə tikilən məktəbin 115 illik fəaliyyəti QEYD OLUNUB - FOTO

136945

Bu gün İslam alimi Şeyx Əhməd Əfəndinin vəsiyyəti ilə əsası qoyulan təhsil ocağının fəaliyyətə başlamasından 115 il ötür. Söhbət Zaqatala rayonu Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbdən gedir.  

Rayon icra hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, bu münasibətlə təşkil edilən tədbirdə təhsil ocağının yaranma tarixi, keçdiyi inkişaf yolundan bəhs olunub.  

Diqqətə çatdırılıb ki, bu təhsil ocağı dövrün görkəmli islam alimi Şeyx Əhməd Əfəndinin vəsiyyəti, bölgənin nüfuzlu insanlarından olan Murtuzəli Yüzbaşının rəhbərliyi ilə 1907-ci ildə inşa olunub. Ötən dövrdə məktəbi minlərlə məzun bitirib. Alim və tanınmış ziyalıların xoş sorağı dünyanın müxtəlif ölkələrindən gəlməkdədir.  
Tədbirdə rayon rəhbərliyi, təhsil ocağının keçmiş məzunları, eləcə də qonaqlar çıxış edərək əlamətdar gün münasibəti ilə məktəb kollektivini təbrik edib, gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıb. 

Məktəbin müəllim və şagirdlərinin təqdim etdiyi ədəbi-bədii kompozisiya iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.    










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO