Göyçayda itlər qoyun sürüsünə hücum etdi – FOTO  

Göyçayda itlər qoyun sürüsünə hücum etdi – FOTO  

Hazırda oxunan: Göyçayda itlər qoyun sürüsünə hücum etdi – FOTO  

136881

Göyçayda sahibsiz itlər xırda buynuzlu heyvanlara hücüm edib, tələfat var. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaraməryam kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini Kamil Niftəliyev ona məxsus 30 baş qoyunu bu gün səhər saatlarında kənd ətrafı ərazidə ətrafı bağlı olan otlaq sahəsinə otarmaq üçün aparıb.

Saat 9 radələrində anası Gülxanım Niftəliyeva qoyunlara baxmaq üçün əraziyə gedıb. Bu zaman qadın xırda buynuzluların yerdə halsız vəziyyətdə olduğunu görüb.

Bundan sonra qadın 2 baş sahibsiz itin ərazidən uzaqlaşdığını müşahidə edib. Gülxanım Niftəliyeva yaxınlaşıb qoyunlara baxan zaman məlum olub ki, 3 baş qoyun artıq tələf olub, 7 baş qoyun yaralanıb. Bu zaman təsərrüfat sahibi əraziyə baytar həkimləri dəvət edib. Həkimlər yaralı qoyunlara quduzluq əleyhinə vaksin vurublar. 
Qeyd edək ki, Qaraməryəm kəndində baş verən analoji hadisə artıq bu il 3-cü dəfədir ki, baş verir. Təsərrüfat sahibi bu kimi halların yenidən baş verməməsi üçün aidiyyatı qurumlardan kömək istəyir. 








Aqil Əsədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO