Artur Rasizadə Gürcüstan prezidenti ilə görüşdü  ”“ YENİLƏNİB

Artur Rasizadə Gürcüstan prezidenti ilə görüşdü ”“ YENİLƏNİB

Hazırda oxunan: Artur Rasizadə Gürcüstan prezidenti ilə görüşdü ”“ YENİLƏNİB

136861
Gürcüstanda səfərdə olan Azərbaycanın Baş naziri Artur Rasizadə bu ölkənin prezidenti Giorgi Margvelaşvili ilə görüşüb.

Geniş formatda keçirilən görüşdə tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər.

Qərb-Şərq enerji dəhlizindən danışan Margvelaşvili və Rasizadə qeyd ediblər ki, 20 il əvvəl Azərbaycan və Gürcüstan arasında Bakı-Supsa kəmərinin çəkilişi hər iki ölkənin inkişafına xidmət edib.

Görüşdə Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev, energetika naziri Natiq Əliyev, Gürcüstan tərəfdən bu ölkənin Milli Təhlükəsizlik Katibi İrina İmerlişvili, iqtisadi məsələlər üzrə müşavir Maya Melikidze, gürcü prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Tengiz Pxaladze iştirak ediblər.

***

Azərbaycanın baş naziri Artur Rasizadə Gürcüstana səfərə gedib.
 Artur Rasizadəni Tiflis hava limanında Gürcüstanın energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıb.

Daha sonra Azərbaycanın baş naziri ilə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili arasında görüş başlayıb.

Artur Rəsizadə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə də görüşəcək.

Bu gün Azərbaycanın baş nazirinin Tiflisdə keçirilən Şərq-qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda iştirakı və çıxışı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO