Sabiq futbolçu azadlıqdan məhrum edildi - FOTO

Sabiq futbolçu azadlıqdan məhrum edildi - FOTO

Hazırda oxunan: Sabiq futbolçu azadlıqdan məhrum edildi - FOTO

13683

Məhkəmə marixuana kolu yetişdirdiyi üçün ötən ay həbs olunan İtaliya millisi və Juventus-un sabiq futbolçusu Luici Sartor barədə qərar verib.

Bizim.Media xəbər verir ki, 46 yaşlı veteran müdafiəçi 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə qərarını dəyişməsə, Sartor keçmiş sevgilisinə qarşı pis rəftara görə 2015-ci ildə aldığı 9 aylıq şərti həbs cəzasını da çəkməli olacaq.

Qeyd edək ki, futbolçu karyerası ərzində yalnız İtaliya klublarının formasını geyinmiş Luici Sartor Juventus-la yanaşı, İnter və Roma kimi məşhur komandalarda da çıxış edib. O, yığmada 2 oyun keçirib. (goal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO