Türkiyə Cümhuriyyətinin banisi GƏNCƏDƏ ANILDI - FOTO

Türkiyə Cümhuriyyətinin banisi GƏNCƏDƏ ANILDI - FOTO

Hazırda oxunan: Türkiyə Cümhuriyyətinin banisi GƏNCƏDƏ ANILDI - FOTO

136824

Gəncədə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün anadan olmasının 104-cü ildönümü, qardaş dövlətin Gənclər və idman bayramı qeyd olunub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Gəncədəki Baş Konsulluğunda baş tutan tədbirdə baş Konsul Recep Öztop, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi rəisi Həmid Nəsirov, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə iki dövlətin himnləri səsləndirilib. Mərasimdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop hər il 19 may tarixində qeyd olunan “Atatürkü anma, Gənclər və idman bayramı”nın tarixindən danışıb. 
Daha sonra çıxış edənlər Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO