"Boşanmaların qarşısını almaq mümkün deyil" – ADİL VƏLİYEV  

Hazırda oxunan: "Boşanmaların qarşısını almaq mümkün deyil" – ADİL VƏLİYEV  

136813

“Heç bir halda boşanmaların qarşısını almaq mümkün deyil və zorla da bunun qarşısını almağa ehtiyac yoxdur”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad edilən 3 bölgədə ailə mərkəzi AÇILACAQ  


Onun sözlərinə görə  ailə institutunun möhkəmləndirilməsi üçün birgə və təşkilati hüquqi tədbirlər görülsə də, nəticə ürəkaçan deyil: 

“Bu daim təkmilləşən proses olmalıdır. Hüquqi baxımdan Milli Məclis bu istiqamətdə bir çox işlər görüb. Nikahqabağı tibbi müayinə, nikah yaşının qızlar üçün 18-dək yüksəldilməsi, erkən nikahlara görə cinayət məsuliyyətinin daha da sərtləşdirilməsi, ailə mübahisələrinin öncədən mediasiyada müzakirəsi və s. buna misaldır. Lakin heç bir halda boşanmaların qarşısını almaq mümkün olmur”.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO