Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində iki azyaşlı quyuya düşərək ölüb.
Bizim.Media xəbər verir ki, bədbəxt hadisə nəticəsində ölən 2013-cü il təvəllüdlü uşaqların fotoları sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, azyaşlıların cəsədləri sakinlər və FHN-nin xilasedicilərinin köməyi ilə quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Azyaşlıların yaxınları həmin quyu da daxil olmaqla, ərazidə ümumilikdə 7 neft quyusunun SOCAR-ın balansında olmasını iddia etsə də, Dövlət Neft Şirkəti məlumatı təkzib edib.
Bizim.Media