Azərbaycanda yeni yol radarlarının tətbiqi təklif edilir...

Azərbaycanda yeni yol radarlarının tətbiqi təklif edilir...

Hazırda oxunan: Azərbaycanda yeni yol radarlarının tətbiqi təklif edilir...

136777
ABŞ-ın nəqliyyatı intellektual idarəetmə sahəsində ixtisaslaşmış "Wavetronix" şirkəti nəqliyyatın hərəkətini müşahidə etmək üçün yeni radar sistemini təklif edir.

Bunu Trend-ə 6-cı Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat "Road&Traffic 2016" sərgisində iştirak etmiş şirkətin Şərqi Avropa ərazisində satışlar üzrə meneceri Ceyk Fillmor deyib.

Onun sözlərinə görə, şirkət Azərbaycanda magistral yolarda, şoselərdə, eləcə də şəhər yollarında hərəkəti izləməyə imkan verən müxtəlif radarlar, yol ötürücülərindən istifadə etməyi təklif edir.

C.Fillmor qeyd edib ki, şirkət hər bir avtomobil və zolağın yüklənməsi barədə məlumat almağa imkan verən "SmartSensor HD" yol ötürücüləri təklif edir.

O əlavə edib ki, digər "SmartSensor Matrix" ötürücüsü siqnal idarəetmə sistemlərində və yol hərəkətinə nəzarət üzrə digər metodlarda istifadə olunur: "Bu ötürücü nəqliyyat vasitələrinin dəqiq sayını müəyyənləşdirməyə imkan verir, hətta proqnozlar və hesabatlar təqdim edir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO