İki azyaşlının düşərək öldüyü quyu hansı quruma AİDDİR? – ÖZƏL AÇIQLAMA  

İki azyaşlının düşərək öldüyü quyu hansı quruma AİDDİR? – ÖZƏL AÇIQLAMA  

Hazırda oxunan: İki azyaşlının düşərək öldüyü quyu hansı quruma AİDDİR? – ÖZƏL AÇIQLAMA  

136666

Xəbər verildiyi kimi, Sabunçu rayonunda iki azyaşlının quyuya düşərək ölməsi ilə nəticələnən bədbəxt hadisə yaşanıb.   

Araşdırma zamanı məlum olub ki, azyaşlılar dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşüblər. Quyunun açıq vəziyyətdə qalması yüzlərlə sakinlərin həyatını təhlükə altına qoyur.  
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda iki azyaşlı quyuya düşərək öldü


Məlumata görə quyu uzun illərdir ki, üstü açıq vəziyyətdə həmin ərazidədir. Nə kimi fəaliyyət göstərməsi və hansı quruma aid olduğu barədə isə məlumat yoxdur. 

Məsələ ilə bağlı Maştağa Bələdiyyəsi ilə əlaqə yaratdıq. Adını açıqlamayan bələdiyyə rəsmisinin sözlərinə görə hadisə Maştağa qəsəbəsi Yeni yaşayış massivində baş verib və ərazidəki quyu isə Neft Şirkətinə (SOCAR) aiddir.  

SOCAR-dan isə onlara rəsmi sorğu ilə müraciət etməli olduğumuz bildirilib.  

Qurumun mövqeyini dərc etməyə hazırıq.  

Qeyd edək ki, dünyasını dəyişən uşaqlar Maştağa qəsəbə sakinləri, 2013-ci il təvəllüdlü Ağa Taleh oğlu Rəhimov və 2013-ci il təvəllüdlü Hüseyn Mətləb oğlu Qasımovdur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO