Vətəndaşların bank kartlarına qanunsuz müdaxilələr var – GÜNAHKAR KİMDİR?

Vətəndaşların bank kartlarına qanunsuz müdaxilələr var – GÜNAHKAR KİMDİR?

Hazırda oxunan: Vətəndaşların bank kartlarına qanunsuz müdaxilələr var – GÜNAHKAR KİMDİR?

136630

Son dövrlərdə Azərbaycan vətəndaşlarının kəşbek və depüt kartlarından heç bir səbəb olmadan müəyyən miqdarda vəsaitlərin qanunsuz silinməsi halları baş verir. Bu hal daha çox Kapital Bankın müştərilərə təqdim etdiyi “Birkart” kəşbek kartlarında baş verir. 

Bununla bağlı Bizim.Media-ya müraciət edən Bakı şəhər sakini, jurnalist İlhamə Əli, bir neçə gün əvvəl “Birkart-kəşbek” kartına qanunsuz müdaxilə olunduğunu bildirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Bağlanan banka olan borclar silinir? - AÇIQLAMA 


Yalnız “Trendyol” və başqa bir ticarət platformasına qoşulduğunu və onlarla alış-veriş etdiyini söyləyən İlhamə xanım qeyd etdi ki, ABŞ-a məxsus adı açıqlanmayan bir bankdan kartına daxil olaraq, heç bir səbəb olmadan 9,99 USD, yəni 17 manata yaxın pul tutulub. 

İ.Əli bununla bağlı Kapital Bankın əvvəlcə müştəri midməti, sonra isə mətbuat xidməti əlaqə yaradıb və bu barədə onlara məlumat verib. Cavabında isə, bu barədə kömək edə bilməyəcəklərini bildiriblər və buna görə də Daxili İşlər Nazirliyinə müraciət etməsini tövsiyə ediblər.
İş orasındadır ki, problem təkcə İlhamə xanımla bitmir. May ərzində daha bir neçə vətəndaşın “Birkart-kəşbek” kartına müxtəlif ölkələrin bankları tərəfindən icazəsiz müdaxilələr edilib və müxtəlif məbləğlərdə vəsait çıxarılıb. Bu da onu göstərir ki, bank müştərilərinə aid məlumatlar kifayət qədər qorunmur.

Mövzu ilə fikirlərini açıqlayan sosial media və kibertəhlükəsizlik üzrə ekspert Şəhriyar Tağızadə Bizim.Media-ya açıqlamasında bildirib ki, kimsə hər hansı bir platformaya qoşulmasa, onun pul kartından vəsaitin çıxarılmasına icazə yoxdur:

“Hətta kart məlumatlarını heç kim öyrənə bilməz. Elə ödəniş sistemləri var ki, ödəniş çıxan zaman mütləq şəkildə “3D security” kodu tələb edir. Əgər həmin xanımın kartından pul silinibsə, deməli, kartını mobil telefon vasitəsilə ya “Google”a, ya da “Apple”a əlavə edib və nəyinsə ödənişini edib. 

Brauzerlərdə “cook” deyilən bir vasitə var, yəni əgər bir şəxs gün ərzində komputer və ya telefon vasitəsilə hansısa iş görürsə, “cook” sisteminə əlavə olunur.

Bunu da öyrənməyin yalnız bir üsulu var. Kartı hansısa bir sayta və ya ticarət platformasına əlavə etdikdə, “Google Chrome” və ya başqa bir brauzer kart məlumatlarının yaddaşa salınıb-salınmaması ilə bağlı təklif göndərir. Əgər məlumatlar yaddaşa salınırsa, istənilən şəxs “cook” vasitəsilə komputerdə görülən istənilən işi təyin edə və hesablara daxil ola bilər. 

Buna görə də platformalarla ticarət əməliyyatları aparan şəxslərə təklif olunur ki, “Google Chrome”dakı işlərini bitirdikdən sonra ayarlara daxil olaraq, bütün keş məlumatlarını silsinlər. Keş silindikdən sonra vətəndaş öz təhlükəsizliyini təmin etmiş olur”. 

Ş.Tağızadə onu da bildirib ki, banklar arasında Kapital Bank texniki cəhətdən çox zəifdir:

“Bu bank qədər texniki problem yaşayan başqa bir bank yoxdur. “Birbank” sisteminə daxil olan proqram hər gün müəyyən saatlarda işləmir. Dünən də (mayın 6-da – red:) bu sistemdə problem vardı və heç kim kartdan-karta ödəniş edə bilmirdi.

Hətta digər banklar da bu banka köçürmə edə bilmədilər. Deməli, “Kapital Bank” hələ də öz sistemini təmir edə bilmir. Bankın işçiləri də texniki problemin hansı səbəbdən baş verdiyini izah edə bilmirlər”.

Onun sözlərinə görə, bəzən banklar səhvən hər hansı karta köçürmə edir, yaxud da həmin kartdan pul silir:

“Bunu da daha çox Azərbaycan bankları edirlər, amma səhvi etiraf etmirlər. Ümumiyyətlə, bəzi banklarımızın müştərilərinin məlumatlarının toxunulmazlığı, texniki və kebertəhlükəsizliyin təmin olunması baxımından fəaliyyəti çox zəifdir. Çünki, ciddi boşluqlar var.

Əgər bir vətəndaş başqa birinin kartından pul oğurlasa, banklar həmin məbləğin 40 gün ərzində geri qaytarılacağını bildirir. Halbuki, xarici banklarda problem 3 iş günü ərzində həll olunur”.
Ekspert vurğulayıb ki, Azərbaycanda hakerlikdən bir qədər anlayışı olan istənilən şəxs bank sistemlərinə daxil olaraq, heç bir əziyyət çəkmədən şifrələri qıra və istənilən əməliyyatı həyata keçirə bilər.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO