Şəkinin ölüm saçan TRANSFORMATORLARI – Problem nə zaman həllini tapacaq? – FOTO 

Şəkinin ölüm saçan TRANSFORMATORLARI – Problem nə zaman həllini tapacaq? – FOTO 

Hazırda oxunan: Şəkinin ölüm saçan TRANSFORMATORLARI – Problem nə zaman həllini tapacaq? – FOTO 

136624

Təəssüf ki, hələ də şəhər və kəndlərimizdə ətrafı mühafizə olunmayan və ölüm saçan transfarmatorlar qarşılaşırıq. Düzdür, son illər ölkənin enerji sektorunda ciddi dəyişikliklər, investisiya layihələri əsasında yenidənqurma işləri aparılır. Lakin hələ də baxımsız qalan, mühafizəsi təşkil edilməyən transfarmatorlara da rast gəlinir. 

Bizim.Media-nın yerli bürosu məsələ ilə bağlı Şəkidə araşdırma aparıb. 

Göz görməsə inanmazsan

Şəkinin Rasim Ocaqov küçəsi şəhərin əsas küçələrindən biri hesab olunur. Ətrafı müvəqqəti dəmir məhəccərə alınan yüksək gərginlikli transfarmator isə ərazidən keçən qaz xəttinə və piyada səkisinə demək olar bitişikdi. 

Piyada səkinin lap yaxınlığında yerləşən bu yüksək gərginlikli transfarmator ümumiyyətlə mühafizə olunmayıb. Buradan qaz xətti keçir.Həmçinin yaxınlıqda uşaq baxçası və məktəb yerləşir. Bir sözlə, ərazidən gündə minlərlə insan istifadə edir.
Səkidən istifadə edən məktəblilərlə söhbət edirik. Deyirlər ki, səhər və günorta saatlarında uşaqlar çox olanda əsasən yola çıxıb gedirlər. Sakinlər də təhlükənin mövcudluğunu etiraf etsələr də ağsaqqalların məsələyə münasibət bildirməsini məqbul hesab edirlər. 

Yerli sakin Arif Babayev də mövcud durumdan narahatdır: 

Yol qırağında taranfarmator var, hamısı içərisi plantdı, məftilləri qırılıb. Baxan yoxdu, məktəbli uşaqlar burdan məktəbə gedir, uşaqlara ziyanlıq ola bilər. Xahiş edirəm gəlib bu taransfarmatora baxsınlar.... 

Daha bir mərkəzi küçə, eyni vəziyyət...

Digər bir ünvana, Məmməd Cabbarov küçəsinə yollanırıq. Buradakı transfarmator qapalı olsa belə ətrafı tamamilə açıqdır. Həmçinin elektrik naqilləri əlçatandır. Küçədə yaşayan İlqar İbadullayev bizimlə söhbətdə bildirir ki, küçənin sakini kimi transfarmatora özləri nəzarət edir.

Lakin elə an olur ki, mal-qara keçir görmürlər. İ.İbadullayev da etiraf edir ki, mühafizə təşkil edilsə yaxşı olar.

Belə hallarla şəhərin Məmməd Emin Şəkinski və fərdi sahibkara məxsus İzzət Əmirov küçəsində də rast gəlmək mümkündür.  

Məsələ nəzarətə götürüldü.

Məsələyə aydınlıq gətirmək üçün “Azərişıq” ASC-nin Şəki avtomatik idarəetmə və nəzarət mərkəzinə üz tuturuq. Məsələyə tam və şəffaf aydınlıq gətirmək üçün idarə əməkdaşlarıyla əraziləri təkrar gəzir və onlara da müvafiq ünvanları göstəririk. 

“Azərişıq”-ın nümayəndəsi Elgün Məmmədovun sözlərinə görə, Şəki elektrik şəbəkəsinin inzibati ərazisində 603 ədəd güc transfarmatoru mövcuddur. Həmin transfarmatorlardan 372 ədədi təmir edilib və qalanları da təmir olunmaqdadır.
2022-ci ildə ümumilikdə 38 ədəd transfarmator məntəqəsinin təmir olunduğunu deyən Elgün Məmmədov bu ilin əvvəlində 17 transfarmator məntəqəsinin təmir edildiyini diqqətə çatdırır. Nümayəndə göstərilən güc transfarmator məntəqələrinin nəzarətə götürüldüyünü və qısa müddətdə təmir ediləcəyini bidirdi. 














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO