"Postmüharibə dövründə 20 min insana psixoloji yardım göstərilib" - TƏBİB

Hazırda oxunan: "Postmüharibə dövründə 20 min insana psixoloji yardım göstərilib" - TƏBİB

136603

"Postmüharibə dövründə 20 min insana psixoloji yardım göstərilib". 

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin aralıq nəticələrinin təqdimat mərasimində deyib. 

O bildirib ki, zəfərlə başa çatan Vətən müharibəsindən sonra qazi və şəhid ailələri ilə yanaşı, münaqişə zonasındakı mülki insanlar arasında da postmüharibə sindromu müşahidə olunub. 

"Bununla bağlı dövlət tərəfindən tədbirlər görülür. Nazirlər Kabinetinin qərarı ilə İşçi Qrup yaradılıb. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində psixoloji mərkəzlər formalaşdırlıb. Bu vaxta qədər 20 min insana psixoloji yardım göstərilib. Psixoloji mərkəzlər Bakı və bölgələrdə fəaliyyət göstərir. Bu proses davam edir", - o vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO