Azərbaycanda nə qədər pensiyaçı var? – RƏSMİ STATİSTİKA

Azərbaycanda nə qədər pensiyaçı var? – RƏSMİ STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda nə qədər pensiyaçı var? – RƏSMİ STATİSTİKA

136591

Cari ilin I dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz artırılaraq 1 milyard 451,2 milyon manata çatdırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı aylıq hesabatda əks olunub.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsaslanan hesabatda göstərilir ki, sərf olunmuş vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib.  

2023-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101,9 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,9 faizini təşkil edir. Onların 63,5 faizi yaşa, 23,7 faizi əlilliyə, 12,8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. 

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,2 faiz artaraq 432,3 manat təşkil edib və orta aylıq əməkhaqqının 48,0 faizinə bərabər olub. 

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub. 
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 14,7 faiz artırılıb. 


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO