Xəstə övladı üçün yığdığı pulu onlayn oyunda uduzdu - VİDEO

Xəstə övladı üçün yığdığı pulu onlayn oyunda uduzdu - VİDEO

Hazırda oxunan: Xəstə övladı üçün yığdığı pulu onlayn oyunda uduzdu - VİDEO

136563

Gəncə şəhər sakini 31 yaşlı Şəfiqə Əhmədova xəstə övladı üçün yığdığı 10 min manat əməliyyat xərcini onlayn oyunda uduzub.

Bizim.Media xəbər verir ki, Şəfiqə Əhmədova telefonuna gələn onlayn oyun mesajına aldanıb və daha çox vəsait əldə etmək istəyərkən həmin pulu itirib.

Şəfiqə Əhmədova bildirir ki, onu oyuna şirnikləndirən ilk qazanılan 12 manat olub. Daha sonra oyunun rahat qazanc imkanı olduğunu düşünən qadın iştirak üçün onlayn ödənişlər etməyə başlayıb.

15 min manatlıq saxta uduşla bağlı karta köçürmə olmadığından zərərçəkən bunun fırıldaq olduğunu başa düşüb, ancaq bu zaman hər şey artıq gec olub. Onun ödədiyi 10 min manatı geri almaq üçün cəhdləri isə uğursuz olub. Şəfiqə Əhmədova başına gələn hadisə ilə bağlı polis və banka müraciət edib.
Şəfiqə Əhmədova deyir ki, onlayn oyunda itirdiyi pulu 6 yaşlı övladının əməliyyat xərci üçün çətinliklə yığıb. Bunun üçün həyat yoldaşı maşınını satıb, qohum və tanışlar köməklik göstərib. Ancaq asan yolla çoxlu vəsait qazanmaq istəyi pulun itirilməsi ilə yanaşı, xəstə uşağı da təhlükə altında qoyub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO