DİN-dən xəbərdarlıq: Şəxsiyyət vəsiqənizi kənar şəxslərə verməyin - VİDEO

DİN-dən xəbərdarlıq: Şəxsiyyət vəsiqənizi kənar şəxslərə verməyin - VİDEO

Hazırda oxunan: DİN-dən xəbərdarlıq: Şəxsiyyət vəsiqənizi kənar şəxslərə verməyin - VİDEO

136561

Şəxsiyyət vəsiqənizi kənar şəxslərə təqdim edərkən diqqətli olun. Çünki şəxsi məlumatlarınız əldə olunmaqla, özünüz də bilmədən hər hansı cinayətin qurbanı ola bilərsiniz. 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı danışan hüquqşünas Şamil Paşayev deyir ki, şəxsiyyət vəsiqənizin tam şəkildə deyil, yalnız tələb olunan məlumatlarını  təqdim etmək kifayətdir.

Onun fikrincə, kimliyinizin müəyyənləşdirilməsi üçün alternativ vasitələrdən istifadə etməyə üstünlük verilməlidir.
 

Daxili işlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyevin sözlərinə görə, şəxsi məlumatları özündə əks etdirən sənədlərin başqasına verilməsi  hansısa çətinliyin yaranması ilə nəticələnə bilər.

Yeri gəlmişkən, şəxsiyyət vəsiqəsini girov götürən şəxs İnzibati Xətalar məcəlləsinin əsasən 500 manatdan 800 manatadək cərimə oluna bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO