Beyləqanda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı DİN-dən AÇIQLAMA – FOTO 

Beyləqanda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı DİN-dən AÇIQLAMA – FOTO 

Hazırda oxunan: Beyləqanda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı DİN-dən AÇIQLAMA – FOTO 

136504

Məlumat verdiyimiz kimi, bu gün Beyləqan rayonu Birinci Şahsevən kəndində 15 yaşlı qızın valideynləri tərəfindən təhsildən yayındırılaraq ərə verilməsi xəbəri yayılıb.

Sözügedən hadisə ilə bağlı Bizim.Media-ya açıqlama verən DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, Beyləqan rayonunda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan iddialar RPŞ-də araşdırılıb:

Həmin qız 17 yaşını tamamladığına görə, məsələ ilə əlaqədar qanunla nəzərdə tutulmuş - inzibati və cinayət məsuliyyəti yaranmayıb. Hazırda polis əməkdaşları tərəfindən valideynlərlə profilaktiki söhbətlər aparılır”.

Qeyd edək ki, sözügedən məsələni “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ictimailəşdirib. Onun sözlərinə görə, 15 yaşlı qızın toyu mayın 27-nə təyin edilib və artıq qonşulara dəvətnamə də paylanılıb.


Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO