Artıq bir neçə gündür ki, Azərbaycanda iri supermarket şəbəkələrinin vergi qanunvericiliyinə dəyişiklik edilməsi, yerli istehsala aid olan kənd təsərrüfatı məhsullarının parakəndə satışına qoyulan ƏDV-nin götürülməsi barədə müraciəti ətrafında müzakirələr gedir.
Belə
ki, manatın devalvasiyasından sonra bir sıra biznes subyektləri kimi iri
supermarket şəbəkələri də ciddi problemlərlə üzləşiblər. Satış dövriyyəsinin
aşağı düşməsi, mənfəətin kəskin azalması və vergi qanunvericiliyində aparılan
islahatlar supermarketlər üçün vergi yükünün faktiki artmasına səbəb olub.
Sahibkarlar, iri supermarket rəhbərləri yerli istehsal olan sosial əhəmiyyətli
gündəlik tələbat mallarının parakəndə satışının ƏDV-dən azad olunması üçün
qanunvericilikdə dəyişikliklər edilməsini istəyirlər.
Xəbər
verildiyi kimi bu məsələ geniş ictimai rezonans doğurub, iqtisadi inkişaf
naziri Şahin Mustafayev sahibkarların bir qrupunu qəbul edib, onların müraciətinin
araşdırılacağını bildirib. Vergilər naziri Fazil Məmmədov isə supermarketlərə
vergi güzəştlərinin olmayacağını deyib.
Virtualaz.org saytı
supermarketlərin üzləşdiyi problem ilk dəfə ictimailəşdirib və sahibkarlar
saytımız vasitəsilə bir neçə dəfə bu mövzuda öz problemlərini, müraciətlərini
ictimaiyyətə, əlaqədar orqanlara çatdırmağa çalışıblar.
Bu müzakirələrdə hər iki tərəf ”“hökumət və sahibkarlar
özlərinin heç bir şübhə yeri qalmayan əsaslı dəlillərini irəli sürür. Vəziyyət
isə yumşalmaq əvəzinə daha da qızışmağa başlayır.
Supermarket rəhbərlərini ən çox narahat edən isə bir
neçə gün əvvəl vergilər naziri Fazil Məmmədovun bəyanatı oldu. Hazırda ölkədə
istehsal edilən kənd təsərrüfatı mallarının 90-95 faizi bazarlarda,
yarmarkalarda satıldığını deyən nazirin sözlərinə görə, supermarketlərə vergi
güzəştlərindən söhbət gedə bilməz: “Kim daha yaxşı çeşidlənmiş,
qablaşdırılmış məhsul almaq istəyirsə, vergisini ödəyib supermarketlərdən ala
bilər. Ona görə də, bu məsələdə vergi güzəşti mümkün deyil”x9d, - nazir
bildirib.
Nazirin bu bəyanatından sonra virtualaz.org
supermarket sahiblərinin bir neçəsinin mövqeyini çatdırmışdı. İndi onlardan
biri, “Rahat market”x9d şəbəkəsinin sahibi Cəlal Babakişiyev yenidən
saytımıza müraciət edib və Vergilər Nazirliyinin supermarketlərin vergidən
yayınmaq səyləri barədə ittihamlarını cavablandırmaq istədiyini deyib.
“Mən hörmətli nazir Fazil Məmmədovu tamamilə
anlayıram. Ona büdcənin gəlirlərinin müəyyən edilmiş səviyyədə təminatı kimi
böyük vəzifə həvalə olunub. Böhran şəraitində bunu etmək ağırdır və vergi
xidməti tələblərinin kəskinləşməsi tamamilə anlaşılandır. Amma düşünürəm ki,
Fazil müəllim yanlış məlumatlandırılıb. Axı supermarketlər heç vaxt vergilər ödəməkdən
imtina etməyiblər. Bunun sabotaj və ya sadəcə kiminsə səhvi olduğunu bilmirəm”x9d-Babakişiyev
bildirib.
Daha sonra sahibkar bir daha supermarket şəbəkələrinin
mövqeyinin izahına keçib. Onun sözlərinə görə, hətta keçən illərin nəticələrinin
təhlili göstərir ki, ölkənin ticarət şəbəkəsində təxminən 80% vergi ödənişini
bütovlükdə məhz böyük supermarketlər həyata keçirir. “Təkcə "Rahat"
supermarketlər şəbəkəsi dövlət büdcəsnə keçən ilin nəticəsinə görə təxminən 2
milyon manat məbləğində vergi ödənişlərini həyata keçirib. Cari ilin
başlanğıcından isə ödədiyimiz vergilər 750 min manata yaxındır. Xüsusən də
ticarət üçün heç də uğurlu olmayan indiki vaxtda”x9d-sahibkar deyir.
“Aprelin 1-nə qədər bizə köhnə vergi sistemi üzrə
5%-lik dövriyyə ilə işləməyə icazə verdilər, - "Rahat" supermarketlər
şəbəkəsinin təsisçisi deyir. Amma indi biz seçim qarşısında qalmışıq: ya
dövriyyədən 6% sadələşdirilmiş vergi ödəmək və ya ƏDV-yə keçmək. Hər iki
variant bizim üçün məhvedicidir, buna görə də biz həyəcan təbili çalmağa məcbur
olmuşuq”x9d.
Təsisçi öz fikirini sadə nümunələrdə izah edir: “Götürək,
elə adi kənd yumurtalarını. Marketlər yumurtanın birini əhalidən 15 qəpiyə alır
və üzərinə 2 qəpik də özü qoyur. Amma 18% ölçüsündə ƏDV 17 qəpiklik məbləği
ötür. Belə aydın olur ki, marketalar belə şərtlər daxilində ziyana işləməlidir
ki, bu da, əlbəttə, ağlasığmazdır. Xüsusi əmək sərf etmədən sadəcə əlavə
edilmiş dəyərin ölçüsünü artırmaq olar. Məsələn, deyək ki, 5 qəpik artırıb
rentabelli işləmək olar. Amma bu sosial problemlər yarada bilər. Həm də problem
təkcə yumurtada deyil, bu bütün zəruri kənd təsərrüfatı məhsullarına aiddir”x9d.
Həm də, burada yalnız yerli məhsullardan söhbət gedir.
Məsələ ondadır ki, bütün idxal edilən məhsullara artıq gömrük rəsmiləşdirməsi
vaxtı vergi ödəyirlər və bu qayda onlara tətbiq olunmur. Marketlər idxal
mallarından yalnız onlar tərəfindən əlavə edilmiş məbləğə görə ƏDV ödəyirlər.
Amma yerli məhsullar marketlərə çatdırılana qədər bütün vergilərdən azad
ediliblər. Və bu gün vergi boşluğunun bütün ağırlığı bu zəncirdə son həlqənin
”“ marketin üzərinə düşür. Belə məlum olur ki, məhz marketlər bu mürəkkəb zəncirin
istehlakçıya qədər bütün iştirakçılarının əvəzinə işləməlidir, vergiləri ödəməlidir.
Əgər dövlət vergilərdən kənd təsərrüfatı məhsullarının
istehsalçılarını azad edirsə, eyni zamanda həmin vergilər marketin ödəməsi
düzgün addım deyil. Anlaşılmazdır ki, dövlətin kənd təsərrüfatı
istehsalçılarından almadığı vergini niyə marketlər ödəyir?
“Bundan başqa, Vergilər Nazirliyinin bəyanatından belə
aydın olur ki, supermarketlər prinsip etibarilə və çox da lazımlı deyil və
bazarlar onları asanlıqla əvəz edə bilər. Vergilər naziri əhalini bazarların
xidmətlərindən istifadə etməyə çağırır, amma orada heç satıcılar vergiləri ödəmirlər.
Bəs bu vergilərin yığımını artırmağa və büdcəni doldurmağa kömək edəcək? Buna
görəmi ölkə rəhbərliyi sahibkarları alıcıların yüksək tələblərinə cavab verən
ticarət mərkəzlərini tikməyə həvəsləndirir? Görünür ki, biz yeni ticarət mədəniyyətinə
öyrəşməyə başlamışkən, yenidən heç vaxt nə təmizliyi, nə də səliqəsi olan
bazara üz tutmalıyıq”x9d-Babakişiyev bildirir.
Sahibkarın fikrincə etiraf etmək lazımdır ki,
supermarketlərin problemlərinə belə münasibət ticarət sisteminə bir qədər köhnə
sovet yanaşmasını xatırladır: “Alverçilər”x9d etiraz etməyə cürət etməzlər və vəziyyətdən
çıxış yolu tapacaqlar.
“Müasir supermarketlər böyük diqqət tələb etdikləri
halda onlara bildirirlər: sən bağlanacaqsan, sənin yerinə başqaları gələcəklər.
Məhz bu səbəbdən heç kəs məsələnin mahiyyətini dərk etmək istəmir. Başqa cür
olsaydı, supermarketlər ƏDV-dən çoxdan azad edilmiş olardı. Yəni, zəruri sosial
əhəmiyyətli mallara ƏDV-ni azaltmaq, amma ikinci dərəcəli və lyuks mallara
ƏDV-ni daha çox yüksəltmək olardı. Nəticədə büdcə heç vaxt zərər çəkməzdı və
alıcılar da razı qalardılar.
“Bu gün biz yerli zəruri ehtiyac məhsullarından imtina
etmək məcburiyyəti qarşısında qoyulmuşuq”x9d, - Babakişiev məyus halda deyir.
“Doğrudur, hələ bu məhsulların qiymətini qaldırmaq
olar. Amma bizim hesablamalarımıza görə, ondan sonra bizi müflislik gözləyir.
Ölkədə keçirilən islahatların hədəfi budurmu?
Axı dövlət başçısı bütün çıxışlarında məmurları sahibkarları
müflisləşməyə deyil, dəstəkləməyə çağırır. Niyə heç kim bizi dinləmək, bizim
problemlərimizi anlamaq istəmir?”x9d-sahibkar sual edir.






























































































