Xırdalanda təcili yardım maşınlarının nömrələri OĞURLANDI  

Xırdalanda təcili yardım maşınlarının nömrələri OĞURLANDI  

Hazırda oxunan: Xırdalanda təcili yardım maşınlarının nömrələri OĞURLANDI  

136413

Xırdalanda Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobillərin nömrələri oğurlanıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən Təcili Tibbi Yardım Stansiyasına məxsus QAZ-31 markalı avtomobillərin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə polisə məlumat daxil olub. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elçin Rəhimov müəyyən olunaraq saxlanılıb. 
Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO