“McDonald’s Azərbaycan” Daun sindromlu uşaqlara Azərbaycan tarixinə həsr olunmuş art-terapiya dərsi təşkil edib - FOTO

“McDonald’s Azərbaycan” Daun sindromlu uşaqlara Azərbaycan tarixinə həsr olunmuş art-terapiya dərsi təşkil edib - FOTO

Hazırda oxunan: “McDonald’s Azərbaycan” Daun sindromlu uşaqlara Azərbaycan tarixinə həsr olunmuş art-terapiya dərsi təşkil edib - FOTO

136408

“McDonald's Azərbaycan” şirkətinin sosial layihələrlə məşğul olan “Care Group” ilə birgə həyata keçirdiyi "Günəşli ürəklər" xeyriyyə layihəsi çərçivəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində növbəti art-terapiya dərsi təşkil edilib.

Bizim.Media xəbər verir ki, bu dəfə uşaqlara Azərbaycan Respublikasının ən yeni tarixinin ən mühüm hadisələri barədə söhbət açılıb.

Dərs zamanı müəllimlərin rəhbərliyi altında uşaqlar Azərbaycan Respublikasının müxtəlif rəmz və atributlarını da təsvir ediblər.

Xatırladaq ki, “McDonald's Azərbaycan” şirkətinin “Care Group” ilə birgə həyata keçirdiyi "Günəşli ürəklər" xeyriyyə layihəsi çərçivəsində 10 ay ərzində art-terapiya, təsviri incəsənət, eləcə də ünsiyyət bacarıqlarının inkişafı üzrə qrup dərsləri davam edəcək.

Məlumat üçün bildirək ki, fevral ayında start verilən və ilin sonuna kimi davam edəcək bu layihə dövründə çəkilən bütün rəsmlər sərgidə nümayiş etdirilərək geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Hazırda rəsmlər üzərində iş sürətlə davam edir. Uşaqlar artıq bir neçə rəsmi tamamlayıblar və göstərilən müddət ərzində bu işi davam etdirəcəklər.

Qeyd etmək lazımdır ki, xüsusi uşaqlarla işləməkdə art-terapiyanın effektivliyi və müalicəvi xüsusiyyətləri müxtəlif ölkələrin ekspertləri tərəfindən dəfələrlə təsdiqini tapıb.

Yaradıcılıq prosesi uşaqlarda gərginliyi və aqressivliyi azaltmağa kömək edir, onların sosial və psixoloji adaptasiya bacarıqlarını təkmilləşdirir, özünüqiymətləndirmə qabiliyyətini artırır. Bununla yanaşı, art-terapiya uşaqlarda kiçik motorika bacarıqlarını inkişaf etdirir, onların yaradıcılıq potensialını üzə çıxarır və problemləri həll etməyin ən münasib yollarını tapmağa kömək edir.

Art-terapiyada əsas diqqət nəticəyə deyil, prosesin özünə yönəldiyindən, bu cür yaradıcılıq müəyyən bədii bacarıqlar tələb etmədən tamamilə hər kəs üçün uyğundur.

Qeyd edək ki, “McDonald’s” şirkəti korporativ sosial məsuliyyətə hər zaman böyük əhəmiyyət verib. “McDonald’s”ın 23 ildən çoxdur ki, Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti çərçivəsində çoxsaylı müxtəlif səpkili layihələr, o cümlədən uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərilib. “McDonald’s” şirkəti inanır ki, birlikdə həyati çətinliklərlə üzləşmiş uşaqlara kömək edə, onların dünyasını gözəlləşdirə və rəngarəng edə bilərik.

Bizim.Media












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO