Ukrayna Ali Radasının nümayəndə heyəti reabilitasiya müəssisələri ilə tanış olub

Ukrayna Ali Radasının nümayəndə heyəti reabilitasiya müəssisələri ilə tanış olub

Hazırda oxunan: Ukrayna Ali Radasının nümayəndə heyəti reabilitasiya müəssisələri ilə tanış olub

136362

Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyukun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində və Bakı Reabilitasiya Mərkəzində olub. 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, agentliyin İdarə Heyətinin sədri Anar Bayramov nümayəndə heyətini əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanış edib. 

Nümayəndə heyətinə ölkəmizdə tibbi-sosial reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və şəbəkəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri, o cümlədən yüksək texnologiyalı protezlərlə təminatı sahəsində aparılan işlər barədə məlumat verilib.
Həmçinin ötən il Ukraynada müharibədən əziyyət çəkmiş bir qrup ukraynalı uşağın da ölkəmizə gətirilərək reabilitasiya xidmətləri ilə təmin edildikləri bildirilib. 

Ukrayna Ali Radasının nümayəndə heyəti reabilitasiya müəssisələrinin fəaliyyətini, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı sahəsində görülən işləri yüksək qiymətləndirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO