“TOPAZ”ı “Azərloteraya” ilə baş-başa gətirən SƏBƏB

“TOPAZ”ı “Azərloteraya” ilə baş-başa gətirən SƏBƏB

Hazırda oxunan: “TOPAZ”ı “Azərloteraya” ilə baş-başa gətirən SƏBƏB

13632

Xəbər veridyimiz kimi, Azərbaycan bazarına yeni mərc oyunları operatoru fəaliyyətə başlayır.

Bizim.Media xəbər verir ki, yeni bukmeyker şirkətinin adı "Azərlotereya"dır.  

Qeyd edək ki, "Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən yaradılıb.

Hazırda isə şirkət Prezidentin sərəncamı ilə “YMT Sans B.V.” türk şirkətinə müqavilə əsasında idarəetməyə verilib. Şirkətin yenidən gündəmə gəlməsi mediya aləmində yeni versiyaların ortaya atılmasına səbəb olub. 

Yeni Musavat nəşri isə bu məsələyə fərqli bucaqdan baxaraq bu şirkətin “TOPAZ” mərc oyunlarına rəqib bir qurum yaradıldığını iddia edib.

Nəşr qeyd edir ki, “TOPAZ” Gənclər və İdman naziri Azad Rəhimova aiddir, yeni yaradılan qurum da nazirin biznesinə rəqib kimi meydana çıxıb. 

Nəşrin hansı faktlarla bunu əsaslandırdığı maraqlı olmasa da, “TOPAZ” mərc oyunlarına nəzarətin “Azəridmanservis” MMC tərəfindən həyata keçirməsi və brenddə “idman” kəlməsinin işlənməsi yəqin jurnalistin “dəqiq məlumat” qənaətinə gəlməsinə səbəb olub. 

Sözsüz ki, Bizim.Media olaraq, həmkarlarımızın tirajladığı “fakt” bizim də diqqətimizi çəkdi. Araşdırmalara başladıq. 

Məlum oldu ki, “Azəridmanservis”  Gənclər və İdman Nazirliyi tərəfindən ümumi nəzarəti həyata keçirmək üçün təsis olunub. Yəni, bu qurum sabah nazirliyin rəhbərliyində kimin olmasından asılı olmayaraq, nazirliyə məxsusluğunu qoruyub saxlayacaq.

“TOPAZ” şirkətinin “Azəridmanservis” nəzarətində olması isə onun fəaliyyətinin təftişinə xidmət edir və bu şirkətin Gənclər və İdman naziri Azad Rəhimova yaxından-uzaqdan heç bir aidiyyatı yoxdur. 

Azərbaycanda isə müxtəlif sahələrdə müxtəlif sayda şirkətlər yaradıla bilər, bu da birinin digərini “vurmaq, öldürmək” kimi bir niyyətə xidmət edir anlamına gəlməməlidir. 

“TOPAZ”-ın fəaliyyəti və digər nüanslarla bağlı araşdırmamız davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO