“İdman zalında baş verən neqativ halı bir qurumun üzərinə atmaq olmaz” – Nazir  

“İdman zalında baş verən neqativ halı bir qurumun üzərinə atmaq olmaz” – Nazir  

Hazırda oxunan: “İdman zalında baş verən neqativ halı bir qurumun üzərinə atmaq olmaz” – Nazir  

136301

"Məktəblərdə fəaliyyət göstərən idman zalında baş verən neqativ halı bir qurumun üzərinə atmaq olmaz". 

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi  brifinqdə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

7 yaşlı uşağın ölümündə təqsirləndirilən məşqçinin İLK AÇIQLAMASI


Onun sözlərinə görə, məktəblərdə olan idman zallarının mahiyyəti peşekar idmançı yetişdirmək deyil: 

"Təbii ki idmançılar həmin uşaqlar arasından seçiliəcək. Sadəcə olaraq uşaqların asudə vaxtıarını daha səmərəli keçirilməsi üçündür". 

Qeyd edək ki, aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO