Qubada daha bir qazinin mənzil şəraiti yaxşılaşdırılacaq – FOTO 

Qubada daha bir qazinin mənzil şəraiti yaxşılaşdırılacaq – FOTO 

Hazırda oxunan: Qubada daha bir qazinin mənzil şəraiti yaxşılaşdırılacaq – FOTO 

136300

Qubada daha bir Vətən müharibəsi qazisinin mənzil şəraiti yaxşılaşdırılacaq. 

Bu barədə Bizim.Media-nın Şimal bürosuna Qubanın Alpan kəndində yaşayan qazi, 2-ci qrup əlil Fərid Ənvər oğlu Əmiyevlə görüşən Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev məlumat verib. 

Bir gün əvvəl İcra Hakimiyyətində Vətən müharibəsi qazisini qəbul edən rayon rəhbəri onun ev şəraitinin yaxşı olmadığını biləndə dərhal Alpan kəndinə gəlib və qazinin mənzil şəraitilə yerində tanış olub.

Ziyəddin Əliyev Fəridin evinin inşasının başa çatması üçün lazımi köməkliyin ediləcəyini bildirib və yerindəcə müvafiq təşkilat rəhbərlərinə öz tapşırıqlarını verib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin iştirakı və dəstəyi ilə Qubanın Ərməki kəndində Vətən müharibəsi qazisi Elgün Nəsrullayevin yeni evinin də təməli qoyulub və inşaat işlərinə başlanılıb.
Heydər Əliyevin anadan olmasının 100 illiyi günündə - mayın 10-da isə 3 ildir nişanlı olan qazi Elgünə Quba şəhərində təmtəraqlı toy edilib. Qubanın icra başçısı Vətən müharibəsi qazilərinə dövlətin dəstəyinin davamlı olacağını deyib. 












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO