Ekoloqdan sürüşmələrlə bağlı XƏBƏRDARLIQ – “Bu bölgələrdə ciddi təhlükə yaranıb”

Ekoloqdan sürüşmələrlə bağlı XƏBƏRDARLIQ – “Bu bölgələrdə ciddi təhlükə yaranıb”

Hazırda oxunan: Ekoloqdan sürüşmələrlə bağlı XƏBƏRDARLIQ – “Bu bölgələrdə ciddi təhlükə yaranıb”

136298

“Son günlər Azərbaycanda leysan xarakterli yağıntılar intensiv hal alıb və yağıntıların bundan sonra da artacağı gözlənilir. Artıq bəzi dağlıq sahələrdə, əsasən də Siyəzən, Ağsu aşırımında, Balakən və şimal istiqamətində dağ sürüşmələri ilə bağlı ciddi təhlükələr yaranıb və hər an bu hadisələrin baş verməsi gözlənilir”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında ekoloq Ənvər Əliyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda sürüşmə zonalarında vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA


Onun sözlərinə görə, son illər dağlıq sahələrdə yeni avtomobil yollarının salınması dağların dayanaqlılığının sürətlə itməsinə səbəb olur:

“Bunun nəticəsində də torpağın profilində baş verən bəzi dəyişikliklər, torpaq süxurlarının bərkimiş halda və gil şəklində olması sürüşmələri daha da aktivləşdirir. Yağınıtıların güclü və leysan xarakterli olması isə sürüşməni daha da sürətləndirmək üçün əsas göstəricilərə çevrilir”. 

Cənub bölgəsində əsasən Yardımlı-Masallı yolunda da aktivliyin müşahidə olunduğunu söyləyən ekspert, bu bölgənin tektonik və geoloji baxımdan cavan sahələr olduğunu söylədi:

“Son illərdə bu bölgədə də yol strukturu yenidən qurulduğu üçün, çəkilən yolun hər iki tərəfində torpağın profilində ciddi pozulma halları baş verir. Bunun aradan qalxması, torpağın bərpa olunması və ekosistemin yenidən yaranması üçün uzun illər lazımdır. Burada da yağınıtlar çox olduğu üçün zəifləmiş torpağın sürüşmə halları aktivləşə bilər”.

Qeyd edək ki, Milli Geoloji Kəşfiyyat Xidməti bu günlərdə yaydığı məlumatda, son dövrlərdə Abşeronun sürüşmə zonalarında yalnız Masazır və Nübar yaşayış massivində zəif dislokasiyaların olduğunu bəyan etdi.

Müsahibimiz bildirdi ki, Abşeron yarımadasında tikinti aparmaq üçün istifadəyə verilən ərazilərdə ehtiyatlı olmaq lazımdır:

“Bu bölgədə son vaxtlar yeni yaşayış massivlərinin, hündürmərtəbəli yaşayış binalarının sayının artması torpağın tərkibinin zəifləməsinə səbəb olub ki bu da sürüşmələri daha da aktivləşdirib. Dik yamacları olan Yasamal diklərində bir dəfə də olsun, təbii sürüşmə prosesi baş verməyib.

Əgər bir yerdə təbii proses yoxdursa, yük yenə antropogen proseslərin, yəni, insanların təsərrüfat fəaliyyətinin üzərinə düşür. 

Ancaq insanlar təbiəti elə hala salırlar ki, istər-istəməz sürüşmələrin artması üçün real vəziyyət yaranır. Xüsusilə də yolların çəkilməsi zamanı yol verilən məsuliyyətsizlik, özbaşınalıq və digər hallar sürüşmə prosesini xeyli sürətləndirib.

Belə təhlükəli zonalarda işlər başlamamışdan əvvəl elmi cəhətdən əsaslandırılmalı və gələcək fəsadları müəyyən edilməlidir ki, sonradan insanlar əziyyət çəkməsinlər. Ancaq təəssüf ki, infrastruktur işlərində məsul olan şəxslər və qurumlar belə halları nəzərə almırlar. Onları yalnız işlərin sürətli getməsi və daha çox pul qazanmaq düşündürür”.

Ekspert vurğulayıb ki, Abşeron yarımadasında da yağıntıların miqdarında az da olsa, artımlar var: 

“Amma bununla belə, dağlıq ərazilərə nisbətən azdır. Mayın axırından etibarən burada da yağıntıların intensivləşməsi gözlənilir”. 

Rövşən Ziya, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO