Əhalinin 39 faizinin genişzolaqlı internetə çıxışı təmin olunub

Əhalinin 39 faizinin genişzolaqlı internetə çıxışı təmin olunub

Hazırda oxunan: Əhalinin 39 faizinin genişzolaqlı internetə çıxışı təmin olunub

136262

Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan vətəndaşlarının 39 faizinin genişzolaqlı internetə çıxışı təmin olunub və 2024-cü ilin sonuna kimi bu rəqəm 100 faiz təşkil edəcək.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında deyib.

O bildirib ki, Xəzər dənizinin dibi ilə yeni internet xəttinin çəkilişi nəticəsində ölkədəki bütün ev təsərrüfatlarının genişzolaqlı internetə çıxışı olacaq.

Nazır qeyd edib ki, qarşıda duran vəzifələrdən biri və ən başlıcası rəqəmsallaşmanı genişləndirmək və kibertəhlükəsizliyi təmin etməkdir. Dünya İqtisadi Forumunun məlumatına görə, dünya əhalisinin 46 faizi kibertəhlükəsizlikdən əziyyət çəkir.
Bu sahədə mütəxəssislərin hazırlanması da əsas işlərdən biridir. Perspektivdəki tədbirlər sırasına rəqəmsal transformasiya istiqamətində atdığımız addımlara internetin orta sürətinin artırılması və 5G yeni nəsil internet şəbəkəsinin inkişafı da daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO