13 yaşlı qızın 37 yaşlı kişiylə nişanlanması ilə bağlı RƏSMİ AÇIQLAMA – “Evliliyinə imkan verilməyəcək”

13 yaşlı qızın 37 yaşlı kişiylə nişanlanması ilə bağlı RƏSMİ AÇIQLAMA – “Evliliyinə imkan verilməyəcək”

Hazırda oxunan: 13 yaşlı qızın 37 yaşlı kişiylə nişanlanması ilə bağlı RƏSMİ AÇIQLAMA – “Evliliyinə imkan verilməyəcək”

136210

Bakının Sabunçu rayonunda 13 yaşlı yeniyetmənin boşanmış 37 yaşlı kişi ilə nişanlanması ictimaiyyətdə rezonans doğurub. 

Qeyd edək ki, 13 yaşlı qız valideynləri tərəfindən təhsildən yayınıb və ananın boşanmış dayısı oğlu ilə nişanlanıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya açıqlama verib. O, hazırda məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. 

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə istənilən halda 13 yaşlı qızla 37 yaşlı kişi arasındakı izdivacın qarşısı alınacaq:

“Onsuz da o qızın nə nişanına, nə də evliliyinə imkan veriləcək. Bu gün mən də həmin ailə ilə əlaqə saxlayacağam. Digər qurumlarla birgə çalışacağıq ki, qızı ilk növbədə təhsilə cəlb edək. Qoy təhsilini davam etdirsin. Özünün də açıqlamasına görə oxumaq istəyir. Hesab edirəm DİN müvafiq araşdırma aparıb, tədbir görəcək”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO