52 il birgə ömür sürən şəhid ailəsi ZİYARƏT OLUNDU - FOTO 

52 il birgə ömür sürən şəhid ailəsi ZİYARƏT OLUNDU - FOTO 

Hazırda oxunan: 52 il birgə ömür sürən şəhid ailəsi ZİYARƏT OLUNDU - FOTO 

136169

Zaqatalanın Yuxarı Tala kəndində yaşayan Cuma və Nazlı Yunusovlar ailəsi üçün builki 15 may daha əlamətdar bir gündür.  

Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyyətindən verilən məlumata əsasən 15 May – Beynəlxalq Ailə Günündə evliklərinin 52-ci ilini qeyd edən Cuma və Nazlı Yunusovlar 4 övlad böyüdüb, tərbiyə verib.  

İndi onların 7 nəvə və 2 nəticəsi var. Ailənin bir övladı Telman Yunusov isə Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıb. 

Bu gün rayon icra hakimiyyəti və Zaqatala uşaq və ailələrə dəstək mərkəzinin bir qrup əməkdaşı Yunusovlara baş çəkib, bu əlamətdar gün münasibəti ilə onları  təbrik edib.  

Qeyd edilib ki, Yunusovlar ailəsi 52 ildir qarşılıqlı hörmət və məhəbbəti qoruyub saxlayaraq, təkcə öz ailəsində deyil bütün Zaqatalada gənclərə, yeni qurulan ailələrə nümunə olublar. 

Ailə başçısı, uzun illər dövlət və ictimai işlərdə çalışan Cuma Yunusov milli adət-ənənələrdən, sağlam ailənin qurulması və qorunub saxlanılmasının vacibliyindən danışıb.    

Çay süfrəsi arxasında keçən söhbətin sonunda Yunusovlara, həmçinin yeni ailə həyatı quran gənc ailəyə xatirə hədiyyəsi təqdim olunub. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO