“Əgər kim deyirsə ki, Hacı İbrahim bankrot olub...”x9d  - Açıqlama

“Əgər kim deyirsə ki, Hacı İbrahim bankrot olub...”x9d - Açıqlama

Hazırda oxunan: “Əgər kim deyirsə ki, Hacı İbrahim bankrot olub...”x9d - Açıqlama

136155
“Avesta”x9d konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli “Xəzər adaları”x9d layihəsinin tikintisi üçün aldığı texnikaları satışa çıxarması barədə yayılan məlumatlara münasibət bildirib.

Moderator.az xəbər verir ki, Hacı İbrahim Nehrəmli Ölkə.Az-a açıqlamasında deyib ki, o yalnız köhnə və istifadə müddəti başa çatmış texnikaları satışa çıxarıb:

“Əgər kim deyirsə ki, Hacı İbrahim bankrot olub, bütün texnikaları satışa çıxarır və sairə, o yanılır. Mən yeni texnikaları satışa çıxarmamışam. Yalnız köhnə və yararsız vəziyyətə düşmüş texnikalar satışa çıxarılıb. Bu yaxınlarda Çin şirkətləri ilə yeni müqavilə imzalamışam, bu ölkədən 50 yeni texnika sifariş vermişəm. Satışa çıxarılan köhnə texnikaları həmin 50 yeni texnika əvəz edəcək. Yeni sifariş olunan texnikalar müasir və son modeldir. Bütün bunlar “Xəzər adaları”x9d layihəsində işlərin intensiv görülməsindən xəbər verir. Allahın köməyi ilə layihə üzrə nəzərdə tutulan bütün işləri başa çatdıracağıq”x9d.

İş adamı “Xəzər adaları”x9d layihəsi üzrə də işlərin davam etdirildiyini söyləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO