Şəhid Xudayar Yusifzadənin babası DÜNYASINI DƏYİŞDİ – ÖZƏL  

Şəhid Xudayar Yusifzadənin babası DÜNYASINI DƏYİŞDİ – ÖZƏL  

Hazırda oxunan: Şəhid Xudayar Yusifzadənin babası DÜNYASINI DƏYİŞDİ – ÖZƏL  

136112

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ana babası dünyasını dəyişib. 

Bu barədə Bizim.Media-ya şəhid anası Maya Quliyeva məlumat verib. Onun sözlərinə görə Şümşəd Qurbanovun nəşi hazırda Bakıdan Bərdəyə şəhidin ana evinə aparılır.  

Qeyd edək ki, şəhid Xudayar 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusu tərəfindən Ermənistan işğalında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzulidə sərhəd məntəqəsində xidmət edib, daha sonra da Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərə qoşulub.
Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.  

Xudayar Yusifzadə ölümündən iki gün öncə Əliağa Vahidin “Vətən yaxşıdır” şeirini cəbhə yoldaşları ilə ifa edib və bunu telefon vasitəsilə qeydə alıb. Həmin video qısa müddətdə sosial şəbəkələrdə və ictimaiyyətdə trendə çevrilib. Ölümündən sonra isə şəhidin məşhur ifası ölkə kənarında da geniş vüsət alıb.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO