Xaçmaz qaziləri Şəhidlər Xiyabanında - FOTO

Xaçmaz qaziləri Şəhidlər Xiyabanında - FOTO

Hazırda oxunan: Xaçmaz qaziləri Şəhidlər Xiyabanında - FOTO

136089

Xaçmazda Vətən Müharibəsi iştirakçılarının Bakı şəhərinə turu təşkil edilib. Şəhid Orxan Osmanov adına "Şah" Cüdo İdman Klubunun təşkilatçılığı ilə təşkil edilən tur Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərə daxildir.

Vətən Müharibəsi qazisi Aydın Fətiyevin Bizim.Media-ya verdiyi məlumata görə, tur iştirakçıları və onları müşayiət edən mədəniyyət işçiləri əvvəlcə Fəxri Xiyabanda milli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb, ruhunu ehtiramla yad ediblər.

Daha sonra Şəhidlər Xiyabanını, 2-ci Fəxri Xiyabanı ziyarət edən xaçmazlı Vətən Müharibəsi iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatdan gedən bütün şəhidlərin xatirəsini hörmətlə anıblar.
Sonra Qənimətlər Parkına da baş çəkən  iştirakçılar Vətən Müharibəsində hərbçilərimizin erməni ordusundan əldə etdiyi  silah-sursata böyük maraqla baxış keçiriblər.

Bakı səfərinin reallaşması rayon icra hakimiyyətinin və Xaçmaz  regional mədəniyyət idarəsinin dəstəyi və təşəbbüsü ilə baş tutub.

Tur iştirakçılarını nəqliyyat vasitəsi ilə Xaçmaz avtovağzalı təmin edib.














Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO