Gəncədə alman traktorları yığılacaq – FOTO  

Gəncədə alman traktorları yığılacaq – FOTO  

Hazırda oxunan: Gəncədə alman traktorları yığılacaq – FOTO  

136075

Azərbaycanın maşınqayırma sənayesinin flaqmanı olan, artıq 20 ilə yaxındır ki, ölkəni avtomobil və kənd təsərrüfatı texnikaları ilə peşəkar şəkildə təmin edən Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində növbəti yeni səhifə açılır. Müəsisə bu gün həm Avropada, həm də dünyanın kənd təsərrüfatı bazarında öz keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlıq xüsusiyyətləri ilə seçilən traktorların istehsalçısı olan İtaliyanın “SDF group”u ilə əməkdaşlıq müqaviləsi bağlayıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ilkin mərhələdə alman modelləri olan DEUTZ-FAHR 4100 W, 6205 g və 115 G AGROFARM modellərinin Azərbaycanda yığılması üçün ilkin razılıq əldə edilib.

Müqavilənin şərtlərinə görə Gəncə avtomobil zavodunun İtaliyanın “SDF group”u ilə ikitərəfli əməkdaşlıq çərçivəsində yığılacaq traktorların model sırasını gələcəkdə denişləndirməyi nəzərdə tutur.

Yeni model traktorların təqdimat mərasimində Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə şurasının sədri Xanlar Fətiyev, İtaliyanın “SDF” qrupunun beynəlxalq regional direktoru Umberto Miceli, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər rəsmi qonaqlar iştirak edib.

Birliyin Servis və marketinq şöbəsinin apardığı araşdırmalara görə, keyfiyyəti ilə seçilən alman traktorlarına Azərbaycan bazarında tələbatın olduğunu nəzərə alaraq Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi il ərzində ilkin mərhələdə 300-ə yaxın traktorun yığılmasını planlaşdırır.

Məlumat üçün bildirək ki, 2004-cü ildən fəaliyyətə başlayan Gəncə Avtomobil Zavodu 2007-ci ildən bəri müəssisədə 15 000-ə yaxın müxtəlif modeldə və modifikasiyada traktorlar və digər kənd təsərrüfatı texnikaları yığaraq təhvil verib.
Bu müddətdə zavodudda 5000-dən yuxarı müxtəlif markalı və müxtəlif modeldə yük avtomobilləri yığılıb. 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO