İlk sərnişin Heydər Əliyev oldu...

İlk sərnişin Heydər Əliyev oldu...

Hazırda oxunan: İlk sərnişin Heydər Əliyev oldu...

136073
Bakı ”“ Xankəndi dəmiryol xəttinin açılışı zamanı perronda mərasim iştirakçılarını salamlayan Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevi görəndə köksümüz sevinclə doldu.

Bakı-Xankəndi dəmiryol xəttinin çəkilməsi gözlərim önündədir. Vilayətin idarə, müəssisə və təşkilatları necə səfərbər olunurdu! Bizi, Xankəndi Dövlət Pedaqoji İnstitutunun tələbələrini də işləməyə aparırdılar. Relslərin altındakı şpalların arasına çınqıl döşəyirdik. Bazar və tətil günlərində tədris müəssisələrinin tələbə və şagirdləri bu işə daha çox cəlb olunurdular. Müəllimlər növbə ilə tələbələrin üzərində nəzarətçi olurdular. Qrup rəhbərimiz, sevimli müəllimimiz Mirələm Vəliyev həmişə bu tikintinin strateji əhəmiyyətindən danışırdı: “Uşaqlar, bu tikinti Heydər Əliyevin Azərbaycanda, o cümlədən, DQMV-da gördüyü mühüm işlərdən biridir. Hər bir vətənpərvər tələbə öz köməyini əsirgəməməlidir. Dəmiryol xətti bizi respublikanın paytaxtı Bakı şəhəri ilə birləşdirəcək. Bu da Azərbaycanın ayrılmaz hissəsi olan DQMV-nın inkişafında əvəzsizdir.”x9d Elə ki, Mirələm müəllimin nəzarətçi olduqu gün gəlirdi qrupun oğlanlı-qızlı bütün tələbələri işləməyə ürəklə gedirdilər. Mirələm müəllim ixtisasça psixoloq idi. Qayğıkeş, diqqətli, həm də tələbkar olması ilə fərqlənirdi.

... Bir gün dəmiryol xəttinin açılışına taplaşdıq. Çox yüksək səviyyəli tədbir idi. Azərbaycan , rus və erməni bölmələrinin fəal tələbəlirini yolun kənarına düzmüşdülər. Hamımız səbirsizliklə gözləyirdik ki, qatar stansiyaya daxil olsun. Vilayət və Xankəndi şəhər partiya komitələrinin birinci katibləri, hüquq-mühafizə orqanlarının rəhbərləri burada idi. Ağdam, Ağcabədi, Yevlax, Füzuli, Goranboy və Tərtər rayonlarının partiya komitələrinin birinci katibləri də tədbirdə iştrak etmək üçün gəlmişdilər. Hamımızın gözləri xəttə tikilmişdi. Qatar aramsız fit çalaraq stansiyaya daxil oldu. Birinci vaqonun qapıları ağzında mərasim iştirakçılarını salamlayan Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevi görəndə köksümüz sevinclə doldu. Elan olundu ki, Bakı-Xankəndi qatarının ilk sərnişini hamımızın əzizi, çox hörmətli Heydər Əlirza oğlu Əliyevdir! Xalqımızın sevimli oğlu Heydər Əliyev alqış sədaları altında onun üçün düzəldilmiş tribunaya qalxdı, DQMV-ın zəhmətkeşləri qarşısında çıxış etdi.

...Biz əlaçı tələbələrsə yol boyu düzülmüşdük. Mənim yanımda erməni şairi Sokrat Xanyanın institutmuzun erməni bölməsində oxuyan qızı Nauruhi dayanmışdı. O,

Azərbaycan dilində çox gülməli danışırdı. İnstitutun “Şərəf lövhəsi”x9d ndə şəklimiz yanaşı idi. Ondanmı, qonşu yaşadığımızdanmı, nədənmi, bilmirəm, tez-tez dialoqa girirdik. Mənə dedi: “Səxavət, Heydər Əliyev yoldaşla şəxsən görüşəcəyəm...”x9d

Heydər Əliyevin yaxasında Sosialist Əməyi Qəhramanı ulduzu var idi. O, camaatın arası ilə gedirdi. Bizim bərabərimizdən keçəndə şairin qızı özünü irəli atdı. Heydər Əliyevin yaxasında bərq vuran ordenləri göstərib: “Əzizimiz Heydər Əliyev, bu ordenlər Sizə halaldır”x9d-dedi. Görüş başa çatdı. Biz instituta qayıtdıq. Səksən yaşlı, ayaqları güclə yer tutan bir qadın məndən təəssüratlarımı soruşdu. Tədbirin çox izdihamlı , yüksək səviyyədə keçdiyini ona söylədim. O, kürəkəninin peşə məktəbinin direktoru olduğunu və onların da həmin tədbirdən razı qaldığını bildirdi. Və dedi: “Şəhər rəhbərliyi bu tarixi görüşə, bu tarixi toplantıya gərək biz veteranları da dəvət edəydilər,yoldaş Heydər Əliyevlə görüşəydik, dərdimizi ona deyəydik...”x9d

Mən ondan dərdinin nə olduğunu soruşdum. O, dərdini belə ifadə etdi: “Bizim bu vilayət rəhbərliyi , bu şəhər rəhbərliyi istəmirlər ki, özlərindən başqa heç kəs respublika rəhbərliyi ilə görüşsün. Qızımın həyat yoldaşını şəhərin birinci katibi Movsesyan işdən çıxarmışdı. Rüşvət istəyirdi. Sov.İKP MK-ya yazanda sonra onu yenidən peşə məktəbinə direktor vəzifəsinə qaytardılar. Bu DQMV KP-nın birinci katibi Gevirkov da əməlli-başlı adam deyil. Bax , mən Heydər Əliyevlə görüşə bilsəm, onların hər iksinin də sizin atalar misalında deyildiyi kimi “Zahirən qoyun, batilən qurd”x9d olduqlarını söyləyərdim. O, sonra həyat yoldaşı Davidyan Karonun dilçi alim olduqunu və Xankəndi Dövlət Pedaqoji İnstitutunda sıxışdırıldıqını dedi. Qələmə aldıqım əhvalatdan 40 ilə yaxın vaxt keçir. Biz ”“ Xankəndi şəhərində təhsil almış tələbələr, bu günün müəllim-pedaqoqları yenə də həmin illərin təəssüratları ilə yaşayır, o illərin unudulmuz xatirələrini qəlbimizdə əziz tuturuq. Heydər Əliyevin Bakı-Xankəndi dəmiryol xəttinin açılışına gəlməsi və ümumən, DQMV-ya səfərləri öz institutunda, öz şəhərində sıxışdırılan biz tələbələri, orada yaşayan bütün azərbaycanlıları sevindirirdi. Beynəlmilər bir institutda isə bu böyük sevinci bizə içimizdə çəkməyə, uddurmağa çalışırdılar. Dərdimizi heç kəsə deyə bilmirdik.

İnanırıq ki, Qarabağ torpqları işğaldan azad olunacaq! Biz Heydər Əliyevin layiqli davamçısı, hörmətli prezidentimiz, cənab ilham Əliyevin rəhbərliyi, komandanlığı altında, öz torpaqlarımıza , öz İnstitutumuza qayıdacağıq. Ulu öndərin ruhu şad olacaq! Onun Qarabağda yarımçıq qalmış ideyalarını layiqli varisi , hər bir azərbaycanlı üçün əziz olan , müdrik prezdentimiz İlham Əliyev həyata keçirəcək! Bu, gerçəklikdir və özü də hər kəsin inandığı bir gerçəklik! O günü səbirsizliklə gözləyirik!

Səxavət Tağlar,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Yazıçı-publisist
əlaqə tel:050-611-17-17
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO