"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.
AZAL-dan Bizim.Media-ya verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.
Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib.
Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 15.05.2023
Bakı-Ankara təyyarəsi Tbilisiyə təcili eniş etdi
Hazırda oxunan: Bakı-Ankara təyyarəsi Tbilisiyə təcili eniş etdi
Hazırda oxunan: Bakı-Ankara təyyarəsi Tbilisiyə təcili eniş etdi
136060
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.