Şimal-Qərb bölgəsində ən aşağı temperatur QEYDƏ ALINDI

Şimal-Qərb bölgəsində ən aşağı temperatur QEYDƏ ALINDI

Hazırda oxunan: Şimal-Qərb bölgəsində ən aşağı temperatur QEYDƏ ALINDI

136013

Şimal-Qərb bölgəsində son on ilin ən aşağı temperaturu qeydə alınıb. Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti Şəki-Zaqatala rayonlarında daha sərt şəkildə müşahidə olunur. 

Bizim.Media-nın yerli bürosu Şəki regional hava məlumat bürosuna istinadən bildirir ki, bu gecə havanın temperaturu ötən günə nisbətən daha 2-3 dərəcə ağaşı enib və 7-8 dərəcə arasında dəyişib.

Yüksək dağlıq ərazilərdə isə bu göstərici 5-7 dərəcə təşkil edib. Bu da son illərin ən aşağı temperaturu hesab edilə bilər. 
Qeyd edək ki, ötən gün, günün ikinci yarısından başlayaraq bölgədə yağışlar kəsmiş və hava isinməyə başlayıb.

Axşama doğru yenidən hava soyuyub və yağışlar bərpa olunub. Gecə saatlarından səhər bu dəqiqələr daxil olmaqla yağış yağır. Bölgədə çiskinli-buludlu hava şəraiti hökm sürür. Qeyri-sabit hava şəraitinin, yağışların qarşıdakı günlərdə da davam edəcəyi bildirilib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO