Suvarma suyu şimal rayonlarında normallaşıbmı? - FOTO

Suvarma suyu şimal rayonlarında normallaşıbmı? - FOTO

Hazırda oxunan: Suvarma suyu şimal rayonlarında normallaşıbmı? - FOTO

135973

Son günlər havaların qeyri-sabit keçməsi, intensiv yağışların müşahidə olunması Samur-Abşeron kanalında suyun səviyyəsinin qalxmasına səbəb olub. Kanalın Quba-Xaçmaz rayonlarının sərhədindən keçən hissəsində suyun səviyyəsi bu gün  o qədər yüksək olub ki, ətraf  Barlı və  Arzu kəndlərində yaşayan sakinlər kanalın daşıb kəndi basacağından ehtiyat ediblər. 

Bizim.Media xəbər verir ki, məsələyə Xaçmaz rayon suvarma sistemləri idarəsinin rəisi Kamil Əliyevlə söhbətimizdə aydınlıq gətirdik.

İdarə rəisi Samur-Abşeron kanalında bu gün 50 kubmetrə yaxın su olduğunu bildirib.

Qeyd edib ki, kanalda su artsa da biz hələ norma  qədər suvarma suyu ala bilmirik.

Onun sözlərinə  görə, normativə görə Xaçmaz rayonuna saniyədə 15 kubmetr su verilməlidir: “Amma biz 4 kubmetr Samur-Abşeron kanalından, 2 kubmetr isə  Xanarx kanalından alırıq. Bu,göründüyü kimi, normadan xeyli aşağıdır”.

Kamil Əliyev məlumat verib ki, hər halda yağıntının çox olması yaxşı haldır:

“Bu, həm fermerlərin, həm də suvarma sistemində çalışanların istəyidir .Suvarma suyu bol olarsa, kəndlilərin tərəvəz, əkin, meyvə sahələri daha çox inkişaf edər, məhsul bolluğu yaranar”.

Samur-Abşeron kanalında olan gur sululuğun hara getməsi məsələsinə toxunan Kamil Əliyev bildirib ki, şimal rayonlarına bölüşəndən sonra kanaldakı əsas su Taxtakörpü su anbarı vasitəsilə paytaxtın su təminatına yönəldilir.










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO