Beyləqanda şəhid ailəsinə məxsus təsərrüfatdan OĞURLUQ - FOTO 

Beyləqanda şəhid ailəsinə məxsus təsərrüfatdan OĞURLUQ - FOTO 

Hazırda oxunan: Beyləqanda şəhid ailəsinə məxsus təsərrüfatdan OĞURLUQ - FOTO 

135787

Beyləqanda şəhid ailəsinə məxsus təsərrüfatdan oğurluq edilib. Hadisə rayonun Əlinəzərli kəndində qeydə alınıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəhid Siyahim Dənirovun anası Pəri Dəmirova məlumat verib. 

O qeyd edib ki, onlara məxsus təsərrüfatdan beş baş xırdabuynuzlu heyvan aparıblar: 

"Bu hal artıq beşinci dəfədir ki, baş verir. Bir dəfə qapıya girib heyvanı yığa bilməmişdilər. Amma bununla birlikdə dördüncü dəfədir ki, heyvanlarımız oğurlanır", - deyə Pəri Dəmirova bildirib. 

Ailə polisə məlumat verdiyini bildirib. Həmçinin hadisə baş verdiyi gün onlar evdə olmadıqlarını deyib:

"Qızımın uşağı xəstə olduğu üçün onlara getmişdim. Həyat yoldaşım tövlənin qapısına qıfıl vurmuşdu. Ancaq oğrular pəncərədən girib aparıblar. Hər il kəsməli heyvanlar saxlayırıq ki, Siyahimin anım günlərində kəsib ehsan verək qismət olmur, aparırlar,"- P.Dəmirova bildirib. 

Qeyd edək ki, Şəhid Siyahim Elizamin oğlu Demirov XTQ mənsubu olub. O, 44 günlük Vətən müharibəsində xüsusi şücaət göstərmiş, Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 



Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO