Paytaxtın İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov kəsişməsindən Cəfər Xandan küçəsinin kəsişməsinə qədər olan hissəsində (Tennis Akademiyasının qarşısı) aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq ərazidə texnikaların olması avtobusların hərəkətində müəyyən çətinlik yaratmışdır.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bu marşrut xəttinin hərəkət sxemi dəyişdirildi
Məlumata görə, bu səbəbdən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq aşğıda qeyd olunan qaydada təşkil edilib.
6, 88 və 88 A nömrəli müntəzəm marşrutlar mərkəz istiqamətində Süleyman Sani Axundov-Şövkət Məmmədova-Cəfər Xandan küçələri ilə təşkil edilib.
88 nömrəli müntəzəm marşrut "Azadlıq prospekti” metrostansiyası istiqamətində Azadlıq prospekti-Süleyman Sani Axundov küçələri ilə təşkil edilib.
202 nömrəli müntəzəm marşrut "Nəriman Nərimanov ” metrostansiyası istiqamətində Süleyman Sani Axundov – Şövkət Məmmədova küçələri ilə təşkil edilib.
Bizim.Media