SOCAR, ARDNF və BP-nin nümayəndə heyəti yarımdalma qazma qurğusuna səfər edib - FOTO 

SOCAR, ARDNF və BP-nin nümayəndə heyəti yarımdalma qazma qurğusuna səfər edib - FOTO 

Hazırda oxunan: SOCAR, ARDNF və BP-nin nümayəndə heyəti yarımdalma qazma qurğusuna səfər edib - FOTO 

135732

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü, Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counzun iştirak etdiyi nümayəndə heyəti Heydər Əliyev adına yarımdalma qazma qurğusuna səfər edib. 

Bizim.Media SOCAR-a istinadən xəbər verir ki, səfər 2017-ci ildə açılışı olan qurğunun təhlükəsiz və səmərəli fəaliyyəti ilə yaxından tanış olmaq, mövcud və perspektiv imkanları müzakirə etmək məqsədi daşıyıb. 

Nümayəndə heyəti qurğu döşəməsi (rig floor), boru göyərtəsi (pipe deck), körpü, MPD avadanlıqları və digər obyektlərin mövcud vəziyyətinə yerində baxış keçirib. 

Səfər çərçivəsində qazma əməliyyatları üçün ən müasir avadanlıqlarla, o cümlədən böyük həcmdə avtomatik idarəetmə sistemi ilə təchiz edilən və dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə bilən qurğunun cari fəaliyyəti, müasir texnoloji və təhlükəsizlik sistemləri barədə məlumat verilib, burada çalışan mütəxəssislərlə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, bir sıra əməkdaşa xüsusi səylərinə və töhfələrinə görə təşəkkürnamələr təqdim edilib. 

Qazma qurğusunun tikintisinə 2013-cü ilin iyununda SOCAR-ın birgə müəssisəsi olan “Caspian Drilling Company Limited” (CDC) MMC və Sinqapurun “Keppel FELS” şirkətləri arasında podrat müqaviləsi əsasında başlanılıb.
Qurğunun inşaat işlərinin idarə edilməsi, layihələndirmə-mühəndislik işlərinə nəzarət, həmçinin təchizatlar və alqı-satqıların təşkil edilməsi CDC şirkəti tərəfindən icra olunub. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO